Ərəb qırğını davam edir: 13 ölü, 70 yaralı

Ərəb qırğını davam edir: 13 ölü, 70 yaralı
  30 Mart 2015    Oxunub:2161
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Yəmən ərazisinə aviazərbələr endirməyi davam etdirir.
Bu barədə AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir.

Aviazərbələr nəticəsində 13 nəfər ölüb, 70 insan yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı da istisna edilmir.

Aviazərbələr həmçinin şiə üsyançıların ələ keçirdiyi strateji obyektlərə də endirilib.

Ötən gün keçirilən əməliyyatlar nəticəsində Yəmən paytaxtı Sənada hava limanı fəaliyyətin dayandırıb, bundan əlavə ölkədə xeyli sayda ballistik raketlər də məhv edilib.

Qeyd edək ki, martın 26-da Səuddiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti