Ən ucuz və bahalı şəhərlər - SİYAHI

Ən ucuz və bahalı şəhərlər - SİYAHI
  31 Mart 2015    Oxunub:3082
Böyük Britaniyanın Poçt Xidməti tərəfindən aparılan tədqiqat nəticəsində turistlər üçün ən ucuz və bahalı olan Avropa şəhərləri müəyyən edilib.
AzVision.az-ın report-a istinadən məlumatına görə, təhlilin nəticələrinə əsasən məlum olub ki, istirahət günlərini Litvanın paytaxtı Vilnüsdə orta hesabla 100 avroya keçirtmək olar.

Bura 3 ulduzlu oteldə iki gecə qalmaq, hava limanından transfer, şam yeməyi, ekskursiya və şəhər nəqliyyatında gediş daxildir.

Reytinqdə 26 Avropa şəhərinin adı var.

Vilnüsdən başqa, 100-200 avro diapazonuna, həmçinin Budapeşt, Riqa, Tallin, Afina, Dubrovnik, Praqa, Lissabon, Krakov, Strasburq, Madrid, Berlin, İstanbul, Vyana, Brüssel və Belfast daxil olub.

Edinburq, Dublin, Venesiya, Barselona, Paris, London, Kopenhagen, Roma və Amsterdam 200 avro qiymətini ötüb.

Ən bahalı şəhər Stokholm olub. İsveçin paytaxtı iki gün üçün turistə 311 aroya başa gələ bilər.


Teqlər:





Xəbər lenti