18 rus Gümrüdən qovuldu – Permyakova görə

18 rus Gümrüdən qovuldu – Permyakova görə
  31 Mart 2015    Oxunub:2028
Rusiyanın Gümrüdəki bazasından 18 nəfər qovuldu
Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 7 nəfərdən ibarət Avetisyan ailəsinin amansızcasına qətlə yetirilməsi işi üzrə istintaqda dindirilənlərin sayı 4228-ə çatıb.

AzVision.az-ın Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlardan 500-ni erməni müstəntiqlər, 3700-ni isə rus müstəntiqlər dindiriblər. “Bizim məlumatlarımıza görə, istintaq nəticəsində Gümrüdəki rus bazasında işləyən 18 nəfər vəzifələrindən kənarlaşdırılıb.

Məlumatda həmçinin qovulan şəxslər sırasında Ermənistanda 102-ci Rusiya hərbi bazasının fəaliyyətinə nəzarət edən məmur da var. Istintaq nəticəsində absurd vəziyyət yaranıb. Belə ki, dindirilmə zamanı nəyinki bütün suallara cavab alınmayıb, hətta yeni suallar formalaşıb”, - deyə “Joxovord” qəzeti xəbər yayıb.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 7 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti