Dövlət çevrilişində ittiham olunan 236 nəfər azadlıqda

Antalyanın 4-cü ağır cinayətlər məhkəməsi istintaqa cəlb olunanların günahlarının sübuta yetirilmədiyini, əvvəl təqdim olunan dəlil-sübutların hökm çıxarmaq üçün kifayət etmədiyini qərara alıb.
Xatırladaq ki, "Balyoz" işi üzrə hökm 2012-ci ildə verilmişdi. Məhkəmə prosesində ümumilikdə 365 nəfər keçib, onlardan 250 nəfəri həbs edilmişdi.