Azərbaycanlı məhbus Kiyevdə özünü öldürdü

"Yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılığa görə həbs olunan kişi istintaq hərəkətlərinin davam etdirilməsi üçün rayon idarəsinə aparılıb. Ünvana çatdıqda, milis əməkdaşları aşkar ediblər ki, 32 yaşlı kişi xüsusi avtomobildə keçinir. Hadisə yerinə çağırılan "təcili yardım" onu xilas edə bilməyib. İlkin rəyə görə o, özünə qəsd edib", - deyə məlumatda bildirilir.
Faktla bağlı Prokurorluqda yoxlama aparılır.
Kiyevin Darnisk rayonunda gənc qızı zorlayaraq qarət edən 27 yaşlı Azərbaycan vətəndaşı martın 30-da isti izlərlə saxlanılmışdı.
Teqlər: