Dünyanın ən yaşlı insanı öldü
Dünyanın ən yaşlı sakini bu ilin mart ayının 5-də öz 117-ci doğum gününü qeyd edib. Misao Okava martın 5-i 1898-ci ildə Osaka şəhərində anadan olub. O, ad gününü ailəsi ilə birlikdə qeyd edib. Ad günündə çıxış edən Okava bəyan etmişdi ki, 117 il elə də böyük müddət deyil.
Dünyanın ən yaşlı insanı hazırda Osaka şəhərində yerləşən Qocalar evində qalırdı. Qocalar evində işləyən personalın sözlərinə görə, son aylarında onun yerimək və eşitməklə bağlı problemləri yaranıb.
Buna baxmayaraq Okava ölümünə qədər özünü yaxşı hiss edib və normal qidalana bilir. Misao Okava adı dünyanın ən yaşlı insanı olaraq 2013-cü ildə “Ginnesin Rekordlar” kitabına salınıb.
Hazırda dünyanın ən yaşlı insan ABŞ-ın Arkanzas ştatında yaşayan Hertruda Uiverdir. Onun 116 yaşı var.
Eldar Tanrıverdiyev
AzVision.az