Rusların 80 faizi Putinin prezident olmasını istəyir

Rusların 80 faizi Putinin prezident olmasını istəyir
  01 Aprel 2015    Oxunub:1764
Əgər bu gün Rusiyada prezident seçkiləri keçirilsəydi, onda hazırkı prezident Vladimir Putinin namizədliyini rusların 80 faizindən çoxu dəstəkləyərdi.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə “Levada-çenter”in keçirdiyi sorğuya istinadən xəbər verir.

Məlumata əsasən, respondentlərin cəmi bir faizi öz səslərini baş nazir Dmitriy Medvedyevə verməyə hazırdırlar.

Rəyi soruşulan şəxslərin 7 %-i Gennadi Zyqanovun 4%Vladimir Jirinovskinin, 3% isə Mixail Proxorova səs verməyə hazır olduqlarını bildiriblər.

Sorğu 20-23 mart tarixlərində keçirilib. Sorğuda 1,6 min insan iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti