Ziyalılar Forumu dağılacaq

Ziyalılar Forumu dağılacaq
  18 Fevral 2013    Oxunub:1592
“Ziyalılar Forumunda ciddi fikir ayrılığı müşahidə olunur və tezliklə bu Forum tamamilə dağılacaq”.
Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, məhz bu fikir ayrılığı üzündən Forumun üzvləri həmkarları Əkrəm Əylislinin “Daş yuxuları” romanına da münasibət bildirmirlər: “Onlar həqiqətən Azərbaycan ziyalılarıdırsa, siyasətdən və yaxud qeyri-siyasətdən danışmazdan əvvəl xalqımızı təhqir edən Əkrəm Əylisliyə bir cavab verməli idilər. Amma vermədilər. İndi də Forumun bir üzvü Eldar Namazov bir hərəkat yaradır və prezidentliyə namizəd olmaq istəyir, digər üzvü Rafiq Əliyev isə Forumun siyasətdən kənar olmasından danışır. Bu necə birlikdir? Deməli, o Forumdakılar öz əməllərinə cavabdeh deyillər və bu birliyin dağılmasına az qalıb”.


Teqlər:





Xəbər lenti