Səfir rektora tar hədiyyə etdi

Səfir rektora tar hədiyyə etdi
  02 Aprel 2015    Oxunub:1366
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşanın Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya ilə görüşüb.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan - Polşa əlaqələri tarixindən və Azərbaycan musiqi mədəniyyətindən danışılıb. Səfir Həsən Həsənov Azərbaycanın dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən musiqimizin çoxəsrlik ənənələrinin olduğunu diqqətə çatdırıb. Həsən Həsənov Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edib. Akademiyanın rektoru xanım Halina Lorkovskaya hədiyyəyə görə təşəkkür edib və Azərbaycan tarının Akademiyanın foyesində yerləşən musiqi alətləri sərgisində yer alacağını bildirib.

Görüşdə 2015-ci ilin oktyabr ayında Poznan Musiqi Akademiyasında Azərbaycan Musiqisi Günün keçirilməsi razılaşdırılıb.


Teqlər:  





Xəbər lenti