Rusiyada gəmi faciəsi: 54 ölü

Rusiyada gəmi faciəsi: 54 ölü
  02 Aprel 2015    Oxunub:2034
Oxot dənizində Rusiyaya məxsus gəmi batıb.
Bu barədə AzVision.az İTAR-TASS agentliyinə istindən xəbər verir.

Məlumata əsasən, Oxot dənizində "Dalni Vostok" adlı balıqçı gəmisinin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb. Son məlumatlara əsasən 63 nəfər xilas edilib.

Hazırda gəminin göyərtəsində olan 15 nəfərin axtarışı davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi ehtimal olunur.

Xilasetmə əməliyyatları ilə bağlı hadisə yerinə 26 gəmi göndərilib.

Gəmidə Rusiya, Litva, Myanma, Ukrayna və Vanuatu vətəndaşlarının olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti