Dünyanın ən yaşlı qadını Obamanı ad gününə çağırdı

Dünyanın ən yaşlı qadını Obamanı ad gününə çağırdı
  02 Aprel 2015    Oxunub:1575
ABŞ-ın Arkanzas ştatında yaşayan dünyanın ən yaşlı sakini Hertruda Uiver ABŞ prezidenti Barak Obamanı ad gününə dəvət edib.
AzVision.az-ın “BBC”yə istinadən xəbər verir ki, Hertruda Uiverin bu ilin iyul ayında 117 yaşı tamam olacaq.

“Hertrudanın yalnız bir arzusu qalıb. Öz ad günün prezident Obama ilə qeyd etmək. O, həqiqətən ad günün prezidentlə qeyd etmək istəyir. O, iki dəfə Obamaya səs verib və bu onun ən böyük arzudur”, - deyə Hertrudanın yaşadığı sağlamlıq və reabilitasiya mərkəzinin administratoru Ketli Linqli bildirib.

Lenqli vurğulayıb ki, ötən il ad günü ilə bağlı Obamaya dəvət göndərilib. Bu il Obamya yenə dəvət göndəriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti