Qərb-İran birliyinin Azərbaycana ziyanı...

Qərb-İran birliyinin Azərbaycana ziyanı...
  02 Aprel 2015    Oxunub:2179
İsveçrənin Lozanna şəhərində İranla BMT Təhlükəsizlik Şurasının 5 üzvü – ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirlərinin nüvə müzakirələri hələ də davam edir.

Qərblə İran arasında bu konteksdə müzakirələr davamlı olaraq keçirilsə də indiyə qədər nəticə əldə olunmayıb. Ekspertlərin rəyinə görə, hazırda Lozannada davam edən müzakirələrdə razılıq əldə olunma ehtimalı çox yaxındır. Hətta ABŞ-la İranın ilk dəfə bu qədər razılığa yaxın olduğu bildirilir.

Türkiyə mətbuatı isə Qərblə İranın razılaşacağı təqdirdə neftin qiymətinin təxminən 5 dollar ucuzlaşacağını yazır.

Milli Məclisin deputatı Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, razılaşma baş verəcəyi təqdirdə neftin qiymətində 5 dollardan daha çox ucuzlaşma ola bilər:

“Əgər müzakirələrdə razılıq əldə olunsa, İrana tətbiq olunan sanksiyalar aradan qalxacaq. Bu ölkə ildə təxminən 50 milyon tona yaxın neft istehsal edir, onun neft ixracı böyükdür. Əgər sanksiyalar aradan qalxarsa, dünya bazarına neft axınında çox ciddi dəyişiklik yaranacaq və neftin qiymətində enmələr olacaq. Hətta deyərdim ki, bu ucuzlaşma 5 dollar yox, daha çox olacaq”.

Millət vəkili hesab edir ki, Amerika ilə İran münasibətlərinin nisbətən yumşalması təkcə neftin qiyməti ilə deyil, həm də Rusiyaya təzyiq göstərməklə bağlıdır:

“Bu danışıqlar Rusiyaya təzyiqin bir fomarsıdır. İranla “5+1” dövlətləri arasında danışıqlar alınarsa, neft ixracına rəvac veriləcək və neftin qiyməti aşağı düşəcək ki, bu da Rusiyaya müsbət təsir etməyəcək”.

V.Əhmədov mümkün razılaşmanın və bunun neftin qiymətinə təsirinin Azərbaycanda özünü necə biruzə verəcəyini də şərh edib. Vurğulayıb ki, Azərbaycan neftdən asılı olan dövlətdir: “Dövlət büdcəsinin təxminən 60%-ni neftdən gələn gəlir təşkil edir. Neftin qiyməti nə qədər aşağı olarsa, Azərbaycanın dövlət büdcəsinə, Neft Fonduna gələn pul azalacaq və bu da öz təsirini göstərəcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti