İŞİD lideri alman qızla evləndi
“əl-Bağdadi bu yaxınlarda Suriyadan keçməklə Avropadan İraqa gəlmiş Almaniya vətəndaşı olan gənc xanımla həftənin ikinci günü nikah bağlayıb. Nikah mərasimi Mosul məhkəməsinin dəftərxanasında yüksək məxfilik şəraitində və təhlükəsizlik tədbirləri görülməklə keçirilib”, - deyə mənbə bildirib.
Mənbə onu da vurğulayıb ki, İŞİD liderinin təzə xanımı ilə hazırda Mosulda olduğunu, yoxsa qonşu Suriyaya getdiyini bilmir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Almaniya Əks Kəşfiyyatının rəhbəri Hans-Georq Maassen bildirmişdi ki, onda olan məlumata görə, ölkəsindən 70-dən çox qız-qadın islamçılara qoşulmaq üçün Suriyaya və İraqa yollanıb.
Onun dediyinə görə, onların yarısının hələ 25 yaşı yoxdur, 9 nəfəri isə ümumiyyətlə yetkinlik yaşına çatmayıb.