Neft ucuzlaşdı - Səbəbkar İrandır

Neft ucuzlaşdı - Səbəbkar İrandır
  03 Aprel 2015    Oxunub:1835
İranla “altılıq” ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiyməti kəskin dərəcədə düşüb.
Brent markalı neftin bir barrelinin qiyməti 5,23 faiz ucuzlaşaraq 54,26 ABŞ dolları təşkil edib.

“Qara qızıl”ın bu cür kəskin ucuzlaşması İranla “alıtılıq” ölkələri arasında razılıq əldə olunması barədə yayılan xəbərlərdən sonra baş verib.

Qeyd edək ki, beynəlxalq vasitəçilərdən ibarət “altılıq” və İran ona məxsus uranın zənginləşdirilməsi üzrə istehsalat gücünün 2/3 hissəsinin 10 il ərzində dayandırılması haqqında razılıq əldə olunub.

Bundan əlavə İran uranın zənginləşdirilməsi üzrə bütün proqramlarını 25 il müddətinə beynəlxalq nəzarətə verilməsi haqqında üzərinə öhdəlik götürüb. Bunun müqabilində Avropa Birliyi İrana qarşı sanksiyaları dayandıracaq. (Ans)


Teqlər:





Xəbər lenti