Əliyevlə Sarkisyanın görüşü müzakirə edildi

Əliyevlə Sarkisyanın görüşü müzakirə edildi
  03 Aprel 2015    Oxunub:1980
“Hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyi də qeyd olunub”

Minsk qrupu həmsədrləri martın 31-də Vyanada Minsk qrupu üzvləri üçün rüblük brifinq keçiriblər.

AzVision.az xəbər verir ki, bu barədə ATӘT-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir.

Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırkı gərginliyi qiymətləndirib, tərəflərlə birlikdə hazırkı diplomatik səylərini qeyd ediblər: “Həmsədrlər bu ilin sonuna kimi prezidentlərin görüşünün mümkünlüyünü və hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyini müzakirə ediblər. Vasitəçilər ATӘT-in Minsk qrupu ölkələrinin və ATӘT-ə üzv ölkələrin qarşılıqlı etimad tədbirlərinin və təmas proqramlarının həyata keçirilməsində oynaya biləcəyi rolu da vurğulayıblar”.

AzVision.az


Teqlər:  





Xəbər lenti