Müsəlmanlar xristianlardan çox olacaq - 55 il sonra

Müsəlmanlar xristianlardan çox olacaq - 55 il sonra
  03 Aprel 2015    Oxunub:3182
“Pew Research Center” mərkəzinin ekspertlərinin proqnozlarına əsasən 2070-ci ildə İslam dünyada ən geniş yayılan din olacaq.
Bu barədə AzVision.az “USA Today”-ə istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, yaxın 50 ildə İslam istənilən digər böyük dinə nisbətən iki dəfədən artıq sürətli şəkildə yayılacaq. Nəticədə 2050-ci ildə islam və Xristian dininə ibadət edən şəxslərin sayı praktiki olaraq bərabərləşəcək. Müvafiq olaraq bu göstərici 29,7% və 31,4% olacaq. Qeyd edək ki, 2010-cu ildə dünya əhalisinin 31,4%-ni xristianlar, müsəlmanlar isə 23,2%-ni təşkil edir.

Araşdırmada vurğulanır ki, 2070-ci ildə müsəlmanların sayı xristianların sayını keçəcək. Bir alimlərin fikrincə, bu bəşəriyyət tarixində yeni mərhələ olacaq.

Buddistlərin sayına gəldikdə isə, 2050-ci ildə onların sayı demək olar ki, dəyişməyəcək. Bundan əlavə, 2015-ci ilə qədər müsəlmanların sayı 2010-cu ilə qədər 5,9 faiz artaraq Avropa əhalisinin 10,2 faizini təşkil edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti