Erməni ordusunun itkiləri - 44 ölü, 1330 yaralı

Erməni ordusunun itkiləri - 44 ölü, 1330 yaralı
  03 Aprel 2015    Oxunub:4685
2014-cü ildə Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrində 3728 hadisə baş verib.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Baş Prokurorluğunun yaydığı hesabatda bildirilir.

Prokurorluğun məlumatına görə, qeydə alınan hadisələrdən 1150 cinayət xarakterli olub. Cinayətlərin sayı ötən illə müqayisədə 16 hal artıb. Statistikaya əsasən 2014-cü ildə Ermənistan hərbi hissələrində ağır cinayətlərin sayı 33 hal, xüsusi ağır cinayətlərin sayı isə 40 hal çoxdur.

2014-cü ildə Ermənistan hərbi hissələrində ölümlə nəticələnən hadisələrin sayı ötən ilə nisbətən 11 hal artaraq 40-a çatıb. Bu hadisələr zamanı 44 Ermənistan hərbçisi həlak olub. Onlardan 26-ı cəbhədə baş verən atışma zamanı ölüb.

Bundan əlavə 2014-cü ildə 1330 erməni hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti