Şeyx katolikləri təbrik etdi

Şeyx katolikləri təbrik etdi
  03 Aprel 2015    Oxunub:1870
Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib.
QMİ-nin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən Şeyxülislam A. Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və Zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.

Nunsi Marek Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib. Vatikanın Cənubi Qafqaz üzrə elçisi Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə etdi və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete iştirak edib.


Teqlər:





Xəbər lenti