Sosial reklamın ödənişsiz olması təklif edilir

Sosial reklamın ödənişsiz olması təklif edilir
  03 Aprel 2015    Oxunub:1883
Sosial reklamın mülkiyyət formasından asılı olmayaraq bütün KİV-lərdə ödənişsiz olması təklif edilir.
AzVision.az xəbər verir ki, bu təkliflə "Reklam haqqında" qanun layihəsinin Milli məclisdə ikinci oxunuşda müzakirəsi zamanı deputatlar çıxış ediblər. Musa Quliyev də bildirib ki, sosial reklamlar güzəştli şərtlərlə ya da ödənişsiz olmalıdır, yoxsa heç kim sosial reklam verməz.

"Qanun layihəsində deyilir ki, sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz, özəl yayımçılar tərəfindən ödənişli əsaslarla yayımlanmalıdır. Bu sosial reklamın mahiyyəti etibari ilə düzgün deyil. Həmçinin bu qanun layihəsinin digər maddəsinə də əksdir".

Elton Məmmədov bildirib ki, 1997-ci ildə qəbul edilən reklamın yenilənməsinə ciddi ehtiyac var. Birinci oxunuşdan sonra layihəyə qiymətlərin tənzimlənməsimaddəsinin əlavə edilməsi layihyə edilən mühüm əlavələrdəndir. 35-ci maddədə deyilir ki, reklam sahəsində qiymətlər bazar münasibətlərinə uyğun olaraq müqavilə ilə tənzimlənir. Həmçinin deputat dərsliklərin üzərində reklamların verilməsinin qadağan olsunmasını təklif edib.

"Açıq reklamların təhsil müəssiələrindən hansı məsafədə olması qanunla müəyyənləşməlidir. Bunun 100-200 metr olmasının qanunla müəyyən etməliyik".

Deputat yerli içkilərin reklamını təklifi ilə çıxış edib.

"Dünyanın o başından kimsə pul qazanacaqsa, niyə reklam edək. Yeri bazarı stimullaşdıracaq yerli məhsulları reklam edək".

O həmçinin açıq məkanda reklamı yerləşdirmək üçün icazənin bələdiyyəyə verilməsini təklif edib.Bildirək ki, hazırda bu icra orqanlarındadır.

Azər Badamov bildirib ki, sosial reklam mülkiyyət formasından asılı olmayaraq bütün kütləvi informasiya vasitələrində ödənişsiz olmaldır.
"Mobil operatorlar tərəfindən reklam smslərin göndərilmsənin yalnız yazılı müqavilədən sonra olmasını təklif edirəm. Çünki insanlar bilmədən həmin məktuba razılıq verir ki, bu da ailə büdcəsinin azalması deməkdir. Bütün reklam sırf Azərbaycan dilində yayımlansın".
Deputat Vahid Əhmədov bildirib ki, qanun layihəsinə əsasən hər bir reklam yayıcısı tv və radioda reklam üçün ayrılan efir vaxtının, nəşrdəki reklam yerlərinin və reklam qurğularını ümumi sahəsinin ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9:00-dan 24:00-a qədər yayımlanmalıdır. Sosial reklamın yayılma müddəti reklam üçün ayrılan ümumi efir vaxtına aid edilmir.

Həmçinin qanun layihəsində reklamın insan tərəfin optimal qarşılanması ilə bağlı reklamlar arası intervallar müəyyənləşib.

Qanun layihəsinə əsasən teleradio proqramlarında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7:00-dan 23:00-dək yayımlanması, tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövrü mətbu nəşrin üz qabığında, internetd informasiya ehtiyatlarının ön səhifəsində nəqliyyat vasitələrinin üzərində alkoqollu içkilərin reklamının yerləşdirilməsi qadağandır.

Layihəyə əsasən tütün, tütün məmulatlarının ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

"Reklam haqqında" qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda müzakirə olunaraq qəbul olunub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti