Keçmiş nazirə görə 300 nəfər tutuldu
Çjou Yunkan son on illər ərzində Çinin barəsində təhqiqat başlanan ən yüksək vəzifəli partiya və dövlət xadimidir. 2014-cü ildə onun partiyadan xaric edilərək həbs olunması barədə qərar verilib. Bu ilin yanvar ayında isə Yunkanın işi məhkəməyə göndərilib.
Qərb KİV-lərinin məlumatına görə, təhqiqatla əlaqədar aralarında Çjou Yunkanın ailə üzvlərinin, dostlarının, siyasi silahdaşlarının və biznes tərəfdaşlarının da olduğu 300 nəfərdən çox şəxs saxlanılıb. Hökumət bu cinayət işində adları hallanan şəxslərin ümumi dəyəri 90 milyard yuan (14,5 milyard dollar) həcmində əmlakına həbs qoyub.
Qeyd edək ki, Çində korrupsiya ilə mübarizə kampaniyası 2012-2013-cü illərdə ölkədə Çin Xalq Respublikasının sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Tszinpin başda olmaqla rəhbərlərin “beşinci nəslinin” hakimiyyətə gəlməsindən sonra geniş miqyas alıb.
AzVision.az
Teqlər: