İtən dənizçilər tapılmadı

İtən dənizçilər tapılmadı
  04 Aprel 2015    Oxunub:1605
Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində itkin düşmüş 13 dənizçinin axtarışları bu gün də davam etdirilib.
Əlverişli hava şəraiti xilasedicilərin aviasıyanı işə salmasına imkan yaradıb. Lakin Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin və helikopterinin iştirakı ilə aparılan kəşfiyyat da nəticəsiz qalıb. Əgər hava şəraiti imkan versə, axtarışlar sabah davam etdiriləcək.

Xatırladaq ki, “Dalniy Vostok” trauleri aprelin 2-nə keçən gecə Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 250 kilometr cənubda qəzaya uğrayıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. Aparılan xilasetmə işləri nəticəsində 63 dənizçi xilas edilib. Son məlumata görə, hadisə zamanı həlak olanların sayı 56 nəfərdir. İtkin düşmüş 13 ekipaj üzvünün taleyi isə hələlik məlum deyil. Onların batmış gəminin korpus hissəsində ola biləcəyi ehtimal edilir. Qəza yerində dənizin dərinliyi 200 metrə çatdığından dalğıclar batmış gəmini təhqiq edə bilmirlər.

Axtarış-xilasetmə işlərinin gedişi Moskvada davamlı surətdə izlənilir. Rusiya prezidenti Vladimir Putin qəza nəticəsində zərər çəkənlərə və həlak olanların ailələrinə yardım göstərilməsini nəzarətdə saxlamaq barədə hökumətə tapşırıq verib.


Teqlər:





Xəbər lenti