Rusiya Qərblə İranın barışığına sevindi

Rusiya Qərblə İranın barışığına sevindi
  04 Aprel 2015    Oxunub:1960
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranla “5+1” ölkələri arasında əldə olunan razılığa münasibət bildirib.
AzVision.az xəbər verir ki, S.Lavrov Qərblə İranın ortaq fikrə gəlişini gələcək üçün cəsarətverici addım kimi qiymətləndirib: “Razılaşmada siyasi baxımdan ortaq məxrəcə gəlinməsi imkan verir ki, uranın zənginləşdirilməsi və nüvə enerjisi araşdırmalarında şəffaflığın təmin olunması problemini həll etsin”.

Nazir vurğulayıb ki, növbəti mərhələdə razılaşma tətbiq edilməlidir.

“Rusiya müzakirələrin nəticəsindən razıdır. Bu anlaşmanın nəticəsi olaraq İrana tətbiq olunan sanksiyalar aradan qaldırılacaq”.

Sergey Lavrovun müavini Sergey Ryabkov isə açıqlamasında bildirib ki, Rusiya anlaşmanın reallaşdırılmasında İrana kömək etməyə hazırdır. O, həmçinin razılıq əldə olunandan dərhal sonra rəsmi Tehrana tətbiq edilən silah embarqosunu ləğv etməyə çağırıb.

Qeyd edək ki, İsveçrənin Lozanna şəhərində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvə və Almaniya ilə İran arasında 8 gün davam edən nəticələr müsbət nəticə verib. Tərəflər İranla ilkin razılığa gəlib. İran uranı zəngiləşdirməməyə, Qərb isə bunun qarşılığında həmin ölkəyə tətbiq olunan sanksiyaları ləğv etməyə razılıq verib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti