Obamaya görə maşında doğdu

Obamaya görə maşında doğdu
  04 Aprel 2015    Oxunub:2819
ABŞ prezidenti Barak Obamanın kortejinin keçməsi ilə əlaqədar amerikalı hamilə qadın doğum evinə vaxtında çata bilməyib.
AzVision.az-ın “NBC News”a istinadən verdiyi xəbərə görə, hamilə qadını aparan təcili tibbi yardım maşını kortejin keçidi ilə əlaqədar tıxaca düşüb.

Məlumata əsasən, hadisə Kentukki ştatının Luisvill şəhərində baş verib. Tıxacda qalan digər bir tibb bacısı qadına doğuşu həyata keçirməkdə yardım edib.

Həkimlərdən ibarət briqada doğuş baş verdikdən 10-15 dəqiqə sonra hadisə yerinə çatıb. Onlar yeni doğulan körpə və onun anasını müayinədən keçirərək xəstəxanaya aparıblar. Adı çəkilməyən qadın və onun oğlu özünü yaxşı hiss edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti