Anti-terror əməliyyatları: Ölənlər var

Anti-terror əməliyyatları: Ölənlər var
  04 Aprel 2015    Oxunub:2046
Əfqanıstanda keçirilən anti-terror əməliyyatları çərçivəsində “Taliban” terror təşkilatının ən azı 13 yaraqlısı məhv edilib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

“Əməliyyatlar Tahar, Qunduz, Sari-Pul, Vardak, Qəzni və Fərəh vilayətlərinə keçirilib. Əməliyyatlar nəticəsində 13 terrorçu ölüb, 12 nəfər isə yaralanıb”, - deyə Əfqanıstan DİN-in yaydığı məlumatda bildirilir.

Hərbçilər arasında itkilərin olub-olmaması barədə məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti