Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
Nəşr vurğulayır ki, martın 30-u Rusiya və Ermənistan baş nazirləri Dmitrioy Medvedyev və Ovik Abramyan arasında telefon danışığı baş tutub: “Şayiələrə əsasən, tərəflər əsasən qazın qiymətinin mümkün şəkildə artırılması məsələsini müzakirə edib. Ancaq Rusiyanın konkret olaraq qazın tarifində nə qədər artıma gedəcəyi hələlik açıqlanmır”.
Xatırladaq ki, hazırda Rusiya Ermənistana qazın hər kubmetrini 200 dollara satır.
Eldar Tanrıverdiyev
AzVision.az