İran qadınları kişilərə baxa biləcəklər

İran qadınları kişilərə baxa biləcəklər
  05 Aprel 2015    Oxunub:3111
Qadağa qismən aradan qaldırılıb.

İran qadınların kişilər arasında keçirilən idman yarışlarına baş çəkmələrinə olan qadağanı qismən aradan qaldırıb. Bu barədə Reuters məlumat yayıb.

Oxu.Az xəbər verir ki, yanvar ayında hökumət bəyan etmişdi ki, xarici qadınlara kişilər arasında keçirilən matçlara tribunalarda azərkeşlik etməyə icazə verəcək, lakin iranlı qadınlara bu, hələ qadağandır.

Yenilik İran təqvimi üzrə bu il ərzində qüvvəyə minəcək. İranın təqvim ili 2016-cı ilin martında başa çatır.

Xatırladaq ki, 2014-cü ildə İranda Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçirilən voleybol matçına düşməyə cəhd etdiyinə görə bir qadın həbs olunmuşdu.


Teqlər:





Xəbər lenti