Ona ərə getməyən qıza görə 10 qohumunu öldürdü

Ona ərə getməyən qıza görə 10 qohumunu öldürdü
  05 Aprel 2015    Oxunub:2526
Ailə qurmaq istədiyi qız da həyatını itirənlər arasındadır.
Pakistan sakini ona ərə getmək istəməyən xalası qızına görə 10 qohumunu öldürüb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Polisin məlumatına görə, hadisə bazar günü, Pakistanın şimalındakı Heybər-Paxtunxva əyalətinin Çarsəddə şəhərində baş verib.

Cinayəti törətmiş Gül Əhməd Kan qaçıb.

Kişi öz dayısı, xalasını və ikisi uşaq olmaqla, səkkiz qohumunu güllələyib. Onun ailə qurmaq istədiyi xalası qızı də ölənlər arasındadır.

Agentliyin məlumatına görə, 2014-cü ilin noyabrında Kan öz ata-anası və iki qardaşını da güllələyib.

AzVision.az


Teqlər:





Xəbər lenti