Ermənistan qazdan sonra, işıq pulunu da qaldırır

Ermənistan qazdan sonra, işıq pulunu da qaldırır
  23 May 2013    Oxunub:1291
“Təbii qazdan sonra işıq pulunda da artım olacaq”
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda təbii qazın qiymətində tətbiq olunacaq yüzdə 60% artımdan sonra, işığın da qiymətində qalxma olacaq. Hazırda belə bir artıma ehtiyacın olduğunu bildirən Energetika naziri Armen Movsisyan qiymətin artımının pilləli olaraq tətbiq olunacağını söyləyib.

İrandan mübadilə yolu ilə alınacaq təbii qazın Rus qazına qətiliklə alternativ olmadığını da söyləyən Movsisyan bildirib ki, bu məsələ ilə bağlı Rusiyadan heç bir təzyiq yoxdur: “İrandan qaz alacağımız üçün bizə Rusiyadan təzyiq olduğunu iddia edirlər. Bu tamamilə əsassızdır”

S.İltifatqızı


Teqlər:  





Xəbər lenti