Baş nazir Putinin dəvətini rədd etdi

Baş nazir Putinin dəvətini rədd etdi
  06 Aprel 2015    Oxunub:2709
İsveçin baş naziri Stefan Leven (Stefan Löfven) Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmır.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvadakı tədbirlərdə onun hökumətində təmsil olunan nazirlərdən heç kim təmsil olunmayacaq.

Müharibədə qələbənin 70 illiyi ilə bağlı tədbirlərdə İsveçi Moskvadakı səfir təmsil edəcək. Norveç və Finlandiya da paradda səfir səviyyəsində təmsil olunacaq.

Baş nazirin mətbuat katibi Anne Ekberqin sözlərinə görə, baş nazirin Moskvadakı tədbirlərdə iştirak etməməsinə səbəb kimi Ukraynadakı hadisələr göstərilir.

Qeyd edək ki, daha əvvəl Bolqarıstan prezidenti Rosen Plevneliyev və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti