Prezidentin `dişi aslanlar`ı - FOTOLAR

Prezidentin `dişi aslanlar`ı - FOTOLAR
  06 Aprel 2015    Oxunub:17323
İllərdir vətəndaş müharibəsi davam edən Suriyada təkcə kişilər döyüşmür. 2014-cü ildən etibarən müxalifət qüvvələri ilə vuruşmaq üçün Suriya ordusunun tərkibində qadın bölüyü də yaradılıb.
Cümhuriyyət Mühafizəçilərinin tərkibində döyüşən “Qadın bölüyü” əsgərləri snayperlikdən tank sürməyə qədər bir çox işin öhdəsindən gələ bilir.

Paytaxt Dəməşqdə döyüşən qadınların sırasına qoşulmaq istəyənlərin sayının getdikcə artdığı bildirilir.

“Dişi Aslanlar Milli Mühafizə Birliyi” kimi tanınan qadınların sayı hazırda 800-dür. Onların yaşı 20 ilə 24 arasında dəyişir. Onlar Suriya prezidenti Bəşər Əsədin maraqlarını qorumaq missiyasını öz üzərlərinə götürüblər.

AzVision.az onların fotolarını təqdim edir:

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti