65 deputat Ərdoğana qarşı birləşdi
Millət vəkilləri Ərdoğanı İran xalqını təhqir etməkdə təqsirli bilib və Həsən Ruhanidən tələb ediblər ki, Ərdoğan üzr istəsin.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yəməndə davam edən böhranla bağlı çıxışı zamanı İranın bölgədə dominantlıq etməyə çalışdığını deyib. Bu halın onu naraht etdiyini və dözülməz olduğunu vurğulayıb.
Qeyd edək ki, Ərdoğan sabah İrana rəsmi səfərə gedəcək və səfər çərçivəsində onun prezident Həsən Ruhani və ölkənin ali dini lideri Əli Xameneyi ilə görüşəcəyi gözlənilir.
Fatimə Kərimli