Ermənistanda güclü zəlzələ baş verib

Ermənistanda güclü zəlzələ baş verib
  06 Aprel 2015    Oxunub:2987
Bu səhər Ermənistanda zəlzələ baş verib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla səhər 05:26-da qeydə alınıb. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib. Episentrdə zəlzələnin gücü 4-5 bal olub.

Zəlzələ Göyçənin Kəvər şəhəri (Qavar), Martuni şəhərlərində 3-4 bal hiss edilib. Paytaxt Yerevanda isə zəlzələnin gücü 2-3 bal olub.

Dağıntı haqda heç bir məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti