Poroşenko Donbası Putinə verir – Sensasiyon iddia

Poroşenko Donbası Putinə verir – Sensasiyon iddia
  06 Aprel 2015    Oxunub:2288
Martın 19- Rusiya Sənayeçiləri və Sahibkarlar İttifaqının idarə bürosunun qapalı iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona “Donbas”ı Rusiya ərazisinə qatmağa təklif edib.
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ-ın nüfuzlu jurnallarından biri olan “Forbes” xəbər yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, bu təklifi Poroşenko 11-12 fevral tarixlərində Belarusun paytaxtı Minskdə keçirilən danışıqlar zamanı edib.

“O, (Poroşenko) mənə birbaşa dedi: “Donbası götürün”. Mən isə ona cavab verdim: “Ağlını itirmisən?. Donbas mənə lazım deyil. Əgər ora sizə lazım deyilsə, onda həmin ərazinin müstəqilliyini elan edin”, - deyə mənbə Putinin sözlərini “Forbes”-ə bildirib.

“Forbes” yazır ki, məlumatı həmin vaxt görüşdə iştirak edən iştirakçılardan biridə təsdiqləyib.

“Poroşenko Rusiyaya Donbasın maliyyə təminatını öz üzərinə götürməyə təklif edib. Putin isə buna cavabında bildirib ki, bu barədə söhbət yalnız Donbas regionu Rusiya ərazisinə qatıldıqdan sonra gedə bilər. Hələ ki, Donbas Ukraynanın bir hissəsidir və bütün ödəmələr Ukrayna tərəfindən edilməlidir”, -deyə görüşdə iştirak edən mənbə bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti