Manat yenidən ucuzlaşa bilər

Manat yenidən ucuzlaşa bilər
  06 Aprel 2015    Oxunub:5101
“Manatın yenidən devalvasiyası qaçılmazdır”
Bu barədə AzVision.az-a iqtisadçı deputat Vahid Əhmədov bildirib. Millət vəkilinin fikrincə, manatın ucuzlaşması müəyyən müddətdən sonra baş verəcək.

“Manatın hazırki səviyyədə saxlanılması üçün Mərkəzi Bank müəyyən qədər valyuta xərcləyir. Bazar qiymətinə çatmaq üçün müəyyən qədər devalvasiya olmalıdır. Amma Milli Məclisdə müzakirə zamanı öz təklifimi bildirdim ki, əgər belə bir proses gözlənilirsə, bunu indidən yavaş-yavaş etmək lazımdır ki, bu qərar birdən olmasın. Ümumilikdə isə manatın devalvasiyası gözləniləndir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti