İlham Əliyev Ümrə ziyarətində

İlham Əliyev Ümrə ziyarətində
  06 Aprel 2015    Oxunub:2525
Səudiyyə Ərəbistanında səfərdə olan prezident İlham Əliyev Ciddəyə Ümrə ziyarətinə gedib.

Bu barədə AzVision.az ərəb KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, dövlət başçısını hava limanında Ciddə vilayətinin qubernatoru şahzadə Məşəl bin Məcid bin Əbdüləziz və digər rəsmi şəxslər qarşılayıb.

İlham Əliyevin burada Peyğəmbər Məscidini (Məscid ən-Nəbəvi) ziyarət edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti