Rusiyadakı soydaşlarımızın işi çətinləşir

Rusiyadakı soydaşlarımızın işi çətinləşir
  06 Aprel 2015    Oxunub:2149
Rusiyada miqrantlar üçün şərtlər daha da ağırlaşır.
Rusiyada daimi yaşamaq hüququ almaq istəyən əcnəbilər üçün rus dili, tarix və hüququn əsaslarından test imtahanlarının mürəkkəbləşdirilmiş variantı hazırlanıb. Test müəlliflərinin sözlərinə görə, tarix və hüquq testlərinə daha 5 açıq sual əlavə olunub ki, bu sualların cavablarını əcnəbilər özləri yazmalıdırlar. Rusiyada daimi yaşamaq arzusunda olan əcnəbilər üçün leksik minimuma daha 1250 söz artırılacağı gözlənilir. Əmək miqrantları üçün bu rəqəm 950 söz təşkil edir. Yeni testlər iyulun 1-dən tətbiq ediləcək.

Hazırda işləmək üçün patent, müvəqqəti və daimi yaşamaq üçün icazə almaq şərtləri demək olar ki, eynidir. Lakin mütəxəssislərin fikrincə, bu kateqoriyaları bərabərləşdirmək olmaz və deməli, rus dili və tarix sahəsində bilik səviyyəsinin qiymətləndirilməsi də fərqli olmalıdır.

Qeyd edək ki, bu il yanvarın 1-dən Rusiyada işləmək hüququ qazanmaq istəyən əcnəbilər rus dili və tarixdən, habelə hüququn əsaslarından imtahan verərək sertifikat almalıdırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti