Türkiyədə “Twitter”-ə giriş bərpa olunub

Türkiyədə “Twitter”-ə giriş bərpa olunub
  07 Aprel 2015    Oxunub:1342
Türkiyədə "Twitter" sosial şəbəkəsinə giriş tam açılıb.
Bu barədə “AzVision.az” Anadolu agentliyinə istinadən məlumat verir ki, sosial şəbəkəyə giriş öldürülən prokuror Selim Kirazın fotolarının silinməsindən sonra bərpa edilib.

Bundan əlavə, rəsmi Ankara “Youtube” rəhbərliyi ilə danışıqlar aparır. Türkiyə rəhbərliyi videohostinqin məxsus olduğu “Google” şirkətinə prokurorun ölümü ilə bağlı yazıların silinməsi üçün dörd saat vaxt verib. Əgər bu şərtlər yerinə yetirilməsə, türk istifadəçilərin “Google” servisinə girişi məhdudlaşdırılacaq.

Qeyd edək ki, ötən gün Türkiyədə "Twitter" və “Youtube” bu sosial şəbəkələrində bir sıra hesablara giriş məhdudlaşdırılmışdı. Buna əsas səbəb bu yaxınlarda İstanbul Ədalət Sarayına hücum zamanı girov götürülmüş prokuror Səlim Kirazın fotolarının həmin akkauntlardan yerləşdirilməsi olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti