Prezidenti ad gününə çağıran qadın öldü

Prezidenti ad gününə çağıran qadın öldü
  07 Aprel 2015    Oxunub:2968
ABŞ-ın Arkanzas ştatında yaşayan dünyanın ən yaşlı sakini Hertruda Uiver 116 yaşında vəfat edib.
AzVision.az-ın “BBC”yə istinadən xəbər verir ki, Hertruda Uiverin bu ilin iyul ayında 117 yaşı tamam olacaqdı.

Hertruda ömrünün son illərini Kamdan şəhərində sağlamlıq və reabilitasiya mərkəzində yaşayıb.

Qeyd edək ki, aprelin ikisi yaşayan dünyanın ən yaşlı sakini Hertruda Uiver ABŞ prezidenti Barak Obamanı ad gününə dəvət etmişdi.

Uiver dünyanın ən yaşlı insanı adını aprelin biri, Yaponiya vətəndaşı Misao Okavanın ölümündən sonra əldə etmişdi.

Dünyanın ən yaşlı sakini titulu isə digər amerikalı Cerelien Telliyə (Jeralean Talley) nəsib olub. O, hazırda Miçiqan ştatının Detroyt şəhərində yaşayır. O, may ayını 23-ü 116 yaşını qeyd edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti