“Fənərbağça”ya hücum edən 2 nəfər həbs edildi

“Fənərbağça”ya hücum edən 2 nəfər həbs edildi
  07 Aprel 2015    Oxunub:1464
Türkiyənin “Fənərbağça” futbol klubunun avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfər tutulub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxslər Trabzonda saxlanılıblar.

Qeyd edək ki, aprelin 5-də `Fənərbağça` karvanı `Çaykur Rizespor` matçının ardından Trabzon hava limanına yollanan zaman silahlı hücuma məruz qalıb. Hücum nəticəsində avtobusun sürücüsü yaralansa da, futbolçular və texniki heyət üzvləri heç bir xəsarət almayıblar.

Avtobusa açılan atəş zamanı ön şüşə qırılıb və sürücüyə xəsarət yetirilib. Ancaq buna baxmayaraq, sürücü özünü itirməyərək avtobusun dərəyə yuvarlanmasına imkan verməyib. Zirehli avtobusa mindirilən `Fənərbağça` klubunun üzvləri hava limanına yola düşüb və yerli vaxtla saat 01:00-da İstanbula çatıb.

Sevinc


Teqlər:  





Xəbər lenti