İran sərhədçilərinə hücum: Ölənlər var

İran sərhədçilərinə hücum: Ölənlər var
  07 Aprel 2015    Oxunub:1465
İranın cənub-şərqində, Pakistanla sərhəddə terrorçular səkkiz İran hərbçisini öldürüb.
AzVision.az-ın İran KİV-nə istinadən xəbər verir ki, hadisə Sistan və Bəlucistan vilayətində baş verib.

Yaraqlılar Pakistandan İran ərazisinə daxil olublar. Məlumatda bildirilir ki, Nehur şəhəri yaxınlığında baş verən toqquşmalar nəticəsində üç terrorçu məhv edilib, digər terrorçular isə geri, Pakistana qaçmağa məcbur olublar. İran rəhbərliyi rəsmi İslamabaddan terrorçuları həbs edərək, onlara təhvil verməyi tələb edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti