Sarkisyan əsas rəqibini həbs etdirdi

Sarkisyan əsas rəqibini həbs etdirdi
  07 Aprel 2015    Oxunub:2483
Ermənistan paytaxtı Yerevanda radikal müxalifət təşkilatı olan “Təsisedici parlament” rəhbəri Jirayr Sefilyan həbs olunub.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, Seilyanla yanaşı, onun doğma qardaşı Toros Sefilyan və bir neçə fəalda həbs edilib.

Rəhbər və onun fəallarının həbs olunması barədə məlumatı təşkilat da təsdiqləyib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan İstintaq Komitəsi də aparılan həbslər barədə məlumat yayıb. Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik İdarəsinin birgə yaydığı məlumata görə, keçirilən əməliyyatlar çərçivəsində aprelin 24 -ü qondarma “erməni soyqırım”ı günü ictimai yerlərdə kütləvi qarşıdurmalar həyata keçirmək istəyən qrup yaxalanıb.

“News.am” vurğulayıb ki, “Təsisedici parlament” aprelin 24-ü Ermənistan rəhbərliyini istefa verməyə çağırır. Bununla da, onlar “rejimsiz 100 illik” hərəkatı keçirmək niyyətindədir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti