İran istəməsə də Ərdoğan Ruhani ilə görüşdü - FOTOLAR

İran istəməsə də Ərdoğan Ruhani ilə görüşdü - FOTOLAR
  07 Aprel 2015    Oxunub:2136
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda rəsmi səfərdədir.
AzVision.az xəbər verir ki, Ərdoğan səfəri zamanı İran prezidenti Həsən Ruhani ilə görüşüb.

İran-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısında iştirak edəcək Ərdoğan Tehranda keçirəcəyi görüşlərdə ticarət həcminin 30 milyard dollara çatdırılması təklifini irəli sürəcək.

Rəsmi səfər zamanı Türkiyə prezidentini 7 nazir müşayiət edir. Ərdoğanın İran prezidenti Həsən Ruhani ilə yanaşı ölkənin ali dini lideri Seyid Əli Xomeneyi ilə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkə arasında münasibətlər, regionda baş verən proseslər, İranın Lozanna anlaşması və s. bu kimi məsələlər müzakirə olunacaq.

Həmçinin Yəməndə məzhəb davası fonunda baş verən böhran da müzakirə mövzusu olacaq.








Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti