Cəbhədə erməni hərbçisi öldürüldü

Cəbhədə erməni hərbçisi öldürüldü
  07 Aprel 2015    Oxunub:1680
Ötən gün cəbhə xəttində baş verən atışmada Ermənistan ordusunun əsgəri öldürülüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. Məlumata əsasən, ötən gün Ermənistan ordusunun baş giziri – 43 yaşlı Ayk Sərkisoviç Keşioğluyan öldürülüb.

Baş gizir Keşioğluyanın Ermənistan silahlı qüvvələrində xidmət etdiyi bildirilsə də, insidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir.

Hazırda Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti