Pedro Aqramuntun Bakı səfəri təxirə salındı
“AŞPA həmməruzəçisi Pedro Aqramuntun aprelin 8-9-da Bakıya planlaşdırılan səfəri gözlənilməz hadisə üzündən təxirə salınıb”,- deyə məlumatda bildirilir.
Xatırladaq ki, P. Aqramuntun səfəri AŞPA-nın İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla əlaqədar idi. Səfər zamanı P. Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılırdı.