Məşhur pianoçu yazdığı statusa görə qovuldu - VİDEO
Valentina Lisitsa aprelin 6-da “Facebook” səhifəsində qeyd edib ki, o məhz “söz azadlığı hüququndan yararlandığı üçün” simfoniyadan çıxarılıb.
Toronto Simfonik Orkestrinin rəhbəri Jeff Melanson bəyanatında bildirib ki, “Lisitsanın təxribat xarakterli şərhləri orkestrdə əvvəlki çıxışlarına kölgə salıb”.
Ukrayna Kanada Konqresinin prezidenti Paul Grod-un sözlərinə görə, Lisitsa Ukrayna hökumətini “nasist” adlandırıb.
Lisitsa 1973-cü ildə Kiyevdə doğulub, 1991-ci ildə ABŞ-a mühacirət edib. O, etnik rus və polyak olduğunu deyir.
Qeyd edək ki, Valentina Lisitsa “Youtube” portalında ən populyar pianoçudur. “Youtube” portalında pianoçunun videolarını 55 milyondan çox insan baxıb. Onun sosial şəbəkədəki videokanalını 77 min insan izləyir.
Eldar Tanrıverdiyev
AzVision.az