Məşhəd ziyarətinə təyyarə ilə

Məşhəd ziyarətinə təyyarə ilə
  07 Aprel 2015    Oxunub:3273
İranın “Ataair” aviaşirkəti Bakı-Məşhəd reysinin açılması üçün bütün lazımi lisenziyaları alıb.
AzVision.az trend-ə istinadən yaydığı məlumata görə, bu barədə “Ataair”-in ticarət məsələləri üzrə baş direktorunun müavini Mehdi Beyane bildirib.

Onun sözlərinə görə, Bakı-Məşhəd- Bakı marşrutu üzrə aviareys yalnız zəvvarların daşınması üçün nəzərdə tutulacaq. Amma ilk növbədə İran şirkəti bilet satışının həyata keçirilməsi üçün Azərbaycan şirkətləri müqavilə bağlamalıdır. Söhbət Məşhəd ziyarəti təşkil edən şirkətlərdən gedir. Bundan sonra isə bileti qiyməti müəyyən edilməlidir.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfər zamanı Bakı-Məşhəd aviareysinin açılması barədə sənəd imzalanıb.


Teqlər:





Xəbər lenti