Deputat ola bilmədi, özünü öldürdü

Deputat ola bilmədi, özünü öldürdü
  08 Aprel 2015    Oxunub:2247
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından millət vəkilliyinə namizəd olmaq istəyən, amma yekun siyahıya adı daxil edilməyən partiya üzvü özünü öldürüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı Cəlal Ayrancı Ankara şəhərində qaldığı oteldə başından silahla vurarar intihar edib.

İki uşaq atası olan C.Ayrancının millət vəkilliyinə namizədlər siyahısına daxil edilmədiyi üçün intihar etdiyi ehtimal olunur.

C.Ayrancının ölümü ilə bağlı cinayət işi açılıb və onun cənazəsi məhkəmə tibbi ekspertizasına göndərilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti