Yunanıstanda etirazlar baş qaldırdı
Üzlərində maska olan etirazçıların ətrafa maddi ziyan vurduğu, mağaza və iş yerlərinin şüşələrinin sındırdığı və bəzi avtomobilləri yandırdığı bildirilir.
Onlar müxtəlif şüarlar səsləndirərək parlament binasına qədər yürüş keçiriblər. Parlament qarşısında nümayiş keçirən aksiya iştiraçıları əsgər abidəsi və parlamentin divarına “Çiçəklər”, “Həbsxanalar yandırılsın” sözlərini yazıblar.
Aksiya zamanı polisə Molotov kokteyli atılıb və etiraz mitinqi gecə saatlarına qədər davam edib.
Fatimə Kərimli