Ukraynada azərbaycanlıların restoranları yandırıldı - VİDEO

Ukraynada azərbaycanlıların restoranları yandırıldı - VİDEO
  08 Aprel 2015    Oxunub:2549
Ukraynanın Odessa şəhərində azərbaycanlılara məxsus iki restoran – “Sultan” və “Abşeron” restoranları yandırılıb.
AzVision.az-ın “TSN” telekanalın istinadən xəbər verir ki, restoranları müvafiq olaraq Akademik Qluşko küçəsi və Böyük Fontanın yeddinci stansiyasında yerləşib.

“Sultan”ın yanması haqqında məlumat xilasetmə orqanlarına 04:15 radələrində daxil olub. Yanğınsöndürənlər hadisə yerinə 10 dəqiqə sonra gəlsələr də, yanğını söndürmək mümkün olmayıb və birmərtəbəli obyekt yanıb.

“Abşeron”dakı yanğınla əlaqədar olaraq isə zərərçəkənlər barədə məlumat verilmir.

Hər iki yanğın faktı ilə bağlı araşdırmalara başlanılıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti