AZAL yeni reys açır

AZAL yeni reys açır
  23 May 2013    Oxunub:1234
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Yekaterinburq-Bakı marşrutu ilə birbaşa uçuşlar yerinə yetirəcək. Sözügedən aviareys üzrə uçuşlara cari ilin 20 iyun tarixindən etibarən başlanacaq.
Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun mətbuat xidmətindən Azvision.az saytına verilən məlumata görə, Bakıdan uçuşlar, "Airbus A-319" və "Airbus A-320" təyyarələri ilə həftədə iki dəfə - II və VII günlər müvafiq olaraq saat 15:25-də və 23:50-də yerinə yetiriləcək.

Əks istiqamətdə isə uçuşlar, yerli vaxtla saat 19:15-də və 01:00-da həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Yekaterinburq-Bakı-Yekaterinburq aviareysi üzrə uçuşları həftənin IV günləri Rusiyanın "Ural Airlines" şirkəti də yerinə yetirir. Yekaterinburqa digər yolla səfəri isə Bakı-Moskva-Yekaterinburq marşrutu üzrə “Aeroflot” şirkəti gerçəkləşdirir.

S.Babayeva


Teqlər:





Xəbər lenti